Badmintonçumuz "KaBaL International Karviná 2018" turnirinin əsas mərhələsinə yüksəldi

Badmintonçumuz "KaBaL International Karviná 2018"  turnirinin əsas mərhələsinə yüksəldi
15 Mart 2018 г.
Çex Respublikasının Karvina şəhərində keçirilən "KaBaL International Karviná 2018" turnirinin təsnifat mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gəlib. Təsnifat mərhələsinin 2-ci turunda Murad Bayramov Edi Reski Dviçayo ilə qarşılaşıb.Görüş Dviçayonun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində badmintonçumuz şəxsi yarışlarda turnirin əsas mərhələsinə vəsiqəni təmin edib. Qoşa yarışlarda sloveniyalı badmintonçulara qalib gələn Ezmi Qovimuramadhoni - Edi Reski Dviçayo cütü də bu kateqoriya üzrə turnirin əsas mərhələsində mübarizəni davam etdirəcək. Kişilərin şəxsi yarışının təsnifat mərhələsinin ilk turunda avstriyalı rəqibinə qalib gələn Ezmi Qovimuramadhoni əsas mərhələyə vəsiqəni ukraynalı badmintonçu Aleksandr Şmundyakla görüşdə əldən verib. Oyun Şmundyakın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xəbərlər siyahısına qayıt