Badmintonçumuz İndoneziyada keçiriən turnirin reytinq favoritinə qalib gəldi

Badmintonçumuz İndoneziyada keçiriən turnirin reytinq favoritinə qalib gəldi
10 Aprel 2018 г.
Badmintonçumuz Ezmi Qovimuramadhoni İndoneziyanın Semaranq şəhərində keçirilən "USM Indonesia International Series 2018" turnirinin əsas mərhələsində ilk görüşünü keçirib. Təmsilçimiz turnirin reytinq favoritlərindən sayılan hindistanlı Lakşya Sen üzərində inamlı qələbə qazanıb. Hər iki setdə rəqibindən üstün oyun nümayiş etdirən badmintonçumuz rəqibini 2:0 (21-14,21-16) hesabı ilə məğlub edib.Ezmi 1/16 finalda indoneziyalı idmançı Məhəmməd Bayu Pangiszu ilə qarşılaşacaq.
Xəbərlər siyahısına qayıt