Badmintonçumuz beynəlxalq turnirin final mərhələsinə vəsiqə qazandı

Badmintonçumuz beynəlxalq turnirin final mərhələsinə vəsiqə qazandı
9 Mart 2018 г.
Portuqaliyada badminton üzrə beynəlxalq turnirə start verilib. Ölkəmiz turnirdə ik badmintonçu ilə təmsil olunub. Ezmi Qovimuramadhoni təsnifat mərhələsinin ilk görüşündə ingiltərəli Coel Douza asanlıqla qalib gəlib. 2:0 Təmsilçimiz turnir çərçivəsində keçirdiyi ikinci görüşünü zədə səbəbindən davam etdirə bilməyib və məcburiyyətdən çıxışını dayandırmalı olub. Digər badmintonçumuz Edi Reski Dviçayo da təsnifat mərhələsinə uğurlu başlayıb. İlk görüşündə hindistanlı Adrian Corca 2:0 hesabı ilə qalib gələn Dviçayo təsnifat mərhələsi çərçivəsində keçirilən növbəti iki görüşü də qalib başa vurub. İkinci görüşündə ingiltərəli Devid Consu 2:1 hesabı ilə məğlub edən badmintonçumuz final mərhələsinə vəsiqə uğrunda görüşdə almaniyalı Simon Vanqla qarşılaşıb. Görüş Edi Reski Dviçayonun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xəbərlər siyahısına qayıt