Badmintonçumuz beynəlxalq turnirdə gümüş medal qazandı

Badmintonçumuz beynəlxalq turnirdə gümüş medal qazandı
22 İyul 2019 г.
Badmintonçumuz Edi Reski Dviçayo Qananın paytaxtı Akkra şəhərində keçirilən "2019 JE Wilson International Series" turnirində gümüş medal qazanıb.Mübarizəyə əsas mərhələdən qoşulan Edi 1/16 finalda hindistanlı Abişek Yeligarı 2:0 (21-14,21-15) hesabı ilə məğlub edib.Edi növbəti mərhələdə Nigeriya badmintonçusu Anuoluvapo Juvon Opeyori üzərində 2:0 (21-15,21-15) qələbə qazanıb. Dviçayo 1/4 finalda Hindistan təmsilçisi Siddhart Pratap Singhlə görüşdən 2:1 (23-21,17-21,21-19) hesablı qələbə ilə ayrılıb.Edi finala yüksəlmək uğrunda görüşdə polşalı Mixal Roqalskini yolundan kənarlaşdırıb.Badmintonçumuz rəqibinə 2:0 (21-13,21-9) hesabı ilə qalib gəlib. Dviçayo həlledici görüşdə hindistanlı Kiran Corca 0:2 (23-25,19-21) hesabı ilə uduzub. Yarışın gümüş medalını qazanan Edi bu nəticə sayəsində aktivinə 2130 reytinq xalı yazdırıb.
Xəbərlər siyahısına qayıt