Badmintonçumuz 920 reytinq xalı qazandı

Badmintonçumuz 920 reytinq xalı qazandı
2 Sentyabr 2019 г.
Belarusun paytaxtı Minskdə badminton üzrə "Belarus International 2019" turnirinə yekun vurulub. 29 avqust-1 sentyabr tarixlərində keçirilən "International Series" kateqoriyalı turnirdə badmintonçumuz Edi Reski Dviçayo da iştirak edib.Mübarizəyə əsas mərhələdən başlayan Edi 1/16 finalda Kanada təmsilçisi Sankirslə qarşılaşıb.Hər iki seti üstün oyun nümayiş etdirən Dviçayo rəqibini 2:0 (21-19,21-14) hesabı ilə məğlub edib.Badmintonçumuz 1/8 finalda Çin idmançısı Ley Lan Xi ilə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 3 set davam edib. İlk seti 21-17 hesabı ilə irəlidə bitirən Edi növbəti 2 setdə rəqibinə məğlub olub 1:2 (21-17,7-21,12-21).Edi aktivinə daha 920 reytinq xalı əlavə edib.
Xəbərlər siyahısına qayıt