Badmintonçummuz Malaziya turnirinin favoritinə qalib gəldi

Badmintonçummuz Malaziya turnirinin favoritinə qalib gəldi
17 Aprel 2018 г.
Bu gün Malaziyanın Kuala-Lumpur şəhərində "CELCOM AXIATA Malaysia International Challenge" turnirinə start verilib. Turnirdə iştirak edən badmintonçumuz Edi Reski Dviçayo təsnifat mərhələsini uğurla adlayıb. İlk görüşündə Hindistan təmsilçisi Mayank Ahuja üzərində inamlı qələbə qazanıb. 2:0 (21:13,21:14) Badmintonçumuz 1/32 finalda da uğurlu çıxış edib. Bu dəfə Edinin rəqibi yarışın reytinq favoriti, honkonqlu Vey Nan olub. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 3 set davam edib. Yekunda təmsilçimiz 2:1 (19:21, 21:18, 21:16) hesablı qələbə qazanmaqla turnirin 1/16 final mərhələsinə yüksəlib.
Xəbərlər siyahısına qayıt