Badmintonçularımızın "YONEX Lithuanian International 2018" turnirində rəqibləri məlumdur

Badmintonçularımızın "YONEX Lithuanian International 2018" turnirində rəqibləri məlumdur
4 İyun 2018 г.
7-10 iyun tarixlərində Litvanın Kaunas şəhərində keçiriləcək "YONEX Lithuanian International 2018" turnirində mübarizə aparacaq badmintonçularımızın rəqibləri bəlli olub. Təmsilçilərimizdən reytinqi yüksək olan Edi Reski Dviçayo Litva turnirinə əsas mərhələdən başlayacaq. Bu səbəbdən badmintonçumuz mübarizəyə bir gün sonra başqa sözlə iyunun 8-də qoşulacaq.Dviçayo 1/16 finalda danimarkalı Rasmus Messerşmidtlə qarşılaşacaq. Mübarizəyə təsnifat mərhələsindən başlayacaq digər 4 badmintonçumuzun da rəqibləri məlumdur. Dviçayo kimi Cahid Əlhəsənov da ilk görüşünü Danimarka təmsilçisinə qarşı keçirəcək. Badmintonçumuz təsnifat mərhələsində Mads Juel Mollerlə üz-üzə gələcək. Murad Bayramov isə bu mərhələdə belçikalı Sander De Dekker ilə qarşılaşacaq. Səbuhi Hüseynov isə Estoniya təmsilçisi Karl Kertlə görüşəcək. Təsnifat mərhələsində yarışacaq Ezmi Qovimuramadhoni isə rusiyalı Şokzod Qulomzoda ilə üz-üzə gələcək.
Xəbərlər siyahısına qayıt