Badmintonçularımızın Sloveniya turnirində rəqibləri məlum oldu

Badmintonçularımızın Sloveniya turnirində rəqibləri məlum oldu
8 May 2018 г.
Badminton üzrə milli komandamızın üzvləri Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni 10-13 may tarixlərində Sloveniyanın Medvode şəhərində keçiriləcək "FZ Forza Slovenia International 2018" turnirində iştirak edəcək. Təmsilçilərimiz mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Badmintonçularımızdan Edi Reski Dviçayo 1/32 finalda isveçrəli Manuel Mansa ilə qarşılaşacaq. Ezmi Qovimuramadhoni isə bu mərhələdə serbiyalı Luka Miliçlə üz-üzə gələcək.
Xəbərlər siyahısına qayıt