Badmintonçularımızın rəqibləri müəyyənləşib

Badmintonçularımızın rəqibləri müəyyənləşib
28 Avqust 2018 г.
Sabah Ukraynanın Xarkov şəhərində badminton üzrə "RSL Kharkiv International 2018" turnirinə start veriləcək. "International Challange" kateqoriyalı yarışda ölkəmizi Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni təmsil edəcək. Təsnifat mərhələsinin ilk turundan azad olan Ezmi Qovimuramadhoni ikinci turda Nikolay Kondratius (Moldova) - Artyom Tkaçuk (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq. Mübarizəyə əsas mərhələdən başlayacaq Edi Reski Dviçayo isə ilk görüşünü polşalı Mixal Roqalskiyə qarşı keçirəcək. Edi - Ezmi tandemi qoşa yarışlarda İsrail təmsilçiləri Şay Geffen - Yonatan Levit cütü ilə üz-üzə gələcək. Avqustun 28-də başlayacaq turnirə sentyabrın 2-də yekun vurulacaq.Turnirdə 35 ölkədən 202 idmançı medallar uğrunda yarışacaq.
Xəbərlər siyahısına qayıt