Badmintonçularımızın rəqibləri məlum oldu

Badmintonçularımızın rəqibləri məlum oldu
29 Mart 2018 г.
Bu gün Xorvatiyanın paytaxtı Zaqreb şəhərində badminton üzrə "VICTOR Croatian International 2018" turnirinə start veriləcək. Ölkəmiz turnirdə 3 badmintonçu ilə təmsil olunacaq. Püşkatmaya əsasən təmsilçilərimizdən Murad Bayramov təsnifat mərhəsinin ilk görüşündə isveçli Leo Voksberqlə üz-üzə gələcək. Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə ilk görüşünü avstriyalı Mixael Şausbergerə qarşı keçirəcək. Daha bir badmintonçumuz Edi Reski Dviçayo isə püşkatmaya əsasən təsnifat mərhələsinin ilk görüşündən azaddır. Badmintoçularımız Xorvatiyada keçirilən beynəlxalq turnirin qoşa yarışlarında da qüvvələrini sınayacaq. Edi-Ezmi tandemi martın 30-da almaniyalı Peter Lanq - Tomas Leqleytner cütü ilə qarşılaşacaq.
Xəbərlər siyahısına qayıt