Badmintonçularımızın qələbə seriyası davam edir

Badmintonçularımızın qələbə seriyası davam edir
10 May 2018 г.
Sloveniyanın Medvode şəhərində keçirilən "FZ Forza Slovenia International 2018" beynəlxalq turnirində çıxışını davam etdirən badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni təsnifat mərhələsi çərçivəsində ikinci görüşünə çıxıblar. Təmsilçilərimizdən Edi Reski Dviçayo xorvatiyalı Luka Ban üzərində 2:1 (18-21, 21-15, 21-10) hesablı qələbə qazanıb. Ezmi Qovimuramadhoni isə isveçrəli Julyen Şeyvilleri 2:0 hesabı ilə məğlub edib.
Xəbərlər siyahısına qayıt