Badmintonçularımız "YONEX Latvia International 2018" turnirində ilk görüşlərini keçirdi

Badmintonçularımız "YONEX Latvia International 2018" turnirində ilk görüşlərini keçirdi
31 May 2018 г.
Bu gün Latviyanın Yelqava şəhərində "YONEX Latvia International 2018" beynəlxalq turnirinə start verilib. Təmsilçilərimizdən Səbuhi Hüseynov təsnifat mərhələsində ingiltərəli Adam Lama 0:2 hesabı ilə uduzub. Eyni nəticə Cahid Əlhəsənovla Estoniya təmsilçisi Hans Kristian Pilvenin görüşündə də təkrarlanıb. Estoniyalı badmintonçu Əlhəsənovu 2:0 hesabı ilə məğlub edib. Murad Bayramov zədə səbəbindən danimarkalı Kay Syanq Lu ilə görüşü yarıda dayandırmalı olub. Ezmi Qovimuramadhoni isə turnirə qələbə ilə başlayıb. Badmintonçumuz norveçli Yorgen Roselund üzərində 2:0 hesablı qələbə qazanıb. İlk mərhələdən azad olan Edi Reski Dviçayo isə ilk görüşünü isveçli Henri Hurskaynenə qarşı keçirəcək.
Xəbərlər siyahısına qayıt