Badmintonçularımız "VICTOR Croatian International 2018" turnirində çıxışını başa vurdu

Badmintonçularımız "VICTOR Croatian International 2018" turnirində çıxışını başa vurdu
30 Mart 2018 г.
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində "VICTOR Croatian International 2018" turnirində ikinci yarış gününə yekun vurulub. Yarışın əsas mərhələsinə vəsiqə qazanan idmançılarımız 1/16 final mərhələsini uğurla adlayıb. Təmsilçimiz Ezmi Qovimuramadhoni malaziyalı Məhəmməd Lukman Hakim Mohd İbrahimə 2:0 hesabı ilə qalib gəlib. Digər badmintonçumuz Edi Reski Dviçayo isə rusiyalı Şokhzod Qulomzoda üzərində 2:0 hesablı qələbəyə sevinib. Badmintonçularımız kişilərin şəxsi yarışında mübarizəni 1/8 finalda dayandırıb. Ezmi Qovumuramadhoni 1/4 finala yüksəlmək uğrunda baş tutan görüşdə isveçrəli Tobias Kuenziyə 1:2 hesabı ilə uduzub. Edi Reski Dviçayo isə 1/8 finalda Serbiya təmsilçisi Miha İvaniçə 1:2 hesabı ilə məğlub olub. Təmsilçilərimiz kişilərin qoşa mübarizəsində almaniyalı Peter Lanq - Tomas Leqleytner tandeminə 1:2 hesabı ilə uduzub.
Xəbərlər siyahısına qayıt