Badmintonçularımız Türkiyədə keçirilən beynəlxalq turnirdə iştirak edib

Badmintonçularımız Türkiyədə keçirilən beynəlxalq turnirdə iştirak edib
20 Dekabr 2017 г.
Badminton üzrə milli komandamızın üzvüləri Türkiyədə keçirilən beynəlxalq turnirdə iştirak edib. Təmsilçilərimizdən Orxan Qələndərov kişilərin fərdi mübarizəsində əsas mərhələdə ukraynalı Artyom Poçtaryova 2:0 hesabı ilə məğlub olub. Kənan Rzayev isə təsnifatda türkiyəli badmintonçu Kazım Mərt Topraka eyni hesabla uduzub. Badmintonçularımız kişilərin qoşa mübarizəsində 1/16-də turnirin favoriti Ukrayna ilə qarşılaşıb. Orxan və Kənan Poçtaryov-Volnyanski tandemi ilə dueldən məğlub ayrılıb.
Xəbərlər siyahısına qayıt