Badmintonçularımız "Turkey Open 2019" turnirində çıxış edib

Badmintonçularımız "Turkey Open 2019" turnirində çıxış edib
23 Dekabr 2019 г.
Badminton üzrə milli komandamızın üzvləri Cahid Əlhəsənov,Səbuhi Hüseynov və Ezmi Qovimuramadhoni Türkiyənin Ankara şəhərində keçirilən "Turkey Open 2019" turnirində çıxış ediB.Badmintonçularımızdan mübarizəyə təsnifat mərhələsindən başlayan Cahid Əlhəsənov ilk görüşündə Eret Murat Güngora 2:0 (21-14,21-10) hesabı ilə qalib gəlsə də, növbəti oyunda Ukrayna təmsilçisi Qlib Beketova 0:2 (8-21,12-21) hesabı ilə uduzub. Səbuhi Hüseynov isə təsnifat mərhələsinin ilk görüşündə Yusuf Yaşara 0:2 (14-21,8-21) hesabı ilə məğlub olub. Turnirə əsas mərhələdən qoşulan Ezmi Qovimuramadhoni 1/32 finalda Macarıstan badmintonçusu Gergeli Krausza 1:2 (21-14,13-21,13-21) hesabı ilə uduzub.Kişilərin qoşa yarışında Serdar Koca-Serhat Salim tandemi ilə qarşılaşan Ezmi Qovimuramadhoni-Cahid Əlhəsənov qoşası rəqibinə 0:2 (10-21,10-21) hesabı ilə məğlub olub.
Xəbərlər siyahısına qayıt