Badmintonçularımız "Turkey Junior Open 2019" turnirində iştirak edib

Badmintonçularımız "Turkey Junior Open 2019" turnirində iştirak edib
17 Dekabr 2019 г.
Türkiyənin Ankara şəhərində keçirilən “Turkey Junior Open 2019” beynəlxalq turniri davam edir.19 yaşadək badmintonçuların qatıldığı yarışda idmançılarımız 5 kateqoriyada 6 iştirakçı ilə təmsil olunur. Cavanşir Əlizadə,Vahid Quliyev və Teymur Abbasovdan ibarət məşqçilər korpusun rəhbərliyi altında turnirə qatılan badmintonçularımız bütün kateqoriyalarda ilk görüşlərini keçiriblər.Kişi badmintonçuların şəxsi yarışında Rəvan Niftəliyev Mehmet Sahiloğullarına 0:2 (14-21,12-21) hesabı ilə uduzub. Vaqif İsmayılov isə Furkan Kisacikla görüşdə 0:2 (5-21,11-21) hesabı ilə məğlub olub.Bu kateqoriyada yarışan Aqil Qəbilov Orcun Öztürklə qarşılaşmadan məğlub ayırılıb 0:2 (7-21,22-24).Qadın bamdintonçuların şəxsi kateqoriyasında Nigar Əliyeva 1/32 finalda Ezgi Hazal Ulusa 2:0 (21-19,21-16) hesabı ilə qalib gəlib.Nigar 1/16 finalda Çağla Özayyıldızla qarşılaşıb.Nigar rəqibinə 0:2 (14-21,9-21) hesabı ilə uduzuraq mübarizəni dayandırıb.Kişi badmintonçuların qoşa yarışında Zaur İsazadə-Vaqif İsmayılov tandemi Hüseyn Akif Koç-Melih Kagan Yavuz qoşasına 0:2 (15-21,15-21) hesabı ilə uduzub.Aqil Qəbilov və Rəvan Niftəliyev isə Mustafa Arkan-Mustafa Aydemir qoşasına 0:2 (11-21,18-21) hesabı ilə məğlub olub.Qadın badmintonçuların qoşa yarışında Nigar Əliyeva-Nərmin Şərifova tandemi Ece Terzi-Tugce Yurtalan dueti ilə dueldən 0:2 (12-21,9-21) hesablı məğlubiyyətlə ayrılıb.Qarışıq-qoşa yarışında mübarizə aparan Zaur İsazadə və Nigar Əliyeva ilə Burak Mert Alkaya-Sude Naz Duyar qoşası arasında keçirilən görüş 3 set davam edib.Badmintonçularımız rəqiblərinə 1:2 (12-21,21-16,17-21) hesabı ilə uduzub. “Turkey Junior Open 2019” turnirinə sabah yekun vurulacaq.
Xəbərlər siyahısına qayıt