Badmintonçularımız "South Africa International 2018" turnirində birinci oldu

Badmintonçularımız "South Africa International 2018" turnirində birinci oldu
9 Dekabr 2018 г.
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən "South Africa International 2018" turnirində çıxış edib. Təmsilçilərimiz kişilərin şəxsi yarışında mübarizəyə 1/16 final mərhələsindən start verib. Edi bu mərhələdə yerli idmançı Daniel Steyn üzərində 2:0 (21-10,21-5) hesablı qələbə qazanıb. Dviçayo növbəti mərhələdə Botsvana badmintonçusu Keone Olatosteni 2:0 (21-8,21-10) hesabı ilə məğlub edib. 1/4 finalda misirli Adham Elqamalı 2:0 (21-11,21-14) hesabı ilə üstələyən Edi yarımfinalda Zambiya idmançısı Kalombo Mulenqaya da set vermədən qalib gəlib. 2:0 (21-19,21-17) Dviçayo finalda digər təmsilçimiz Ezmi Qovimuramadhoni ilə qarşılaşıb.Finala gedən yolda CAR badmintonçusu Andries Malan 2:0 (21-9,21-16), Robert Mann (Lüksemburq) 2:1 (9-21,21-15,21-15) Bahaeddin Əlşannikə (İordaniya) 2:0 (21-15,21-18) qalib gələn Ezmi Qovimuramadhoni həlledici görüşdə Edi Reski Dviçayonu 2:1 (16-21,23-21,23-21) hesabı ilə məğlub edib. Ezmi Qovimuramadhoni kişilərin şəxsi yarışında "South Africa International 2018" turnirində qızıl, Edi Reski Dviçayo isə gümüş medal qazanıb. Edi -Ezmi tandemi kişi badmintonçuların qoşa yarışnda da hamıdan güclü olmağı bacarıb. Kişilərin qoşa yarışında finalda CAR badmintonçuları Jarred Elliot - Şon Nun cütünə 2:0 (21-14,21-8)hesabı ilə qalib gələn Edi -Ezmi bu kateqoriya üzrə yarışın qalibi adını qazanıb.
Xəbərlər siyahısına qayıt