Badmintonçularımız Sloveniya turnirinə qələbə ilə başladı

Badmintonçularımız Sloveniya turnirinə qələbə ilə başladı
10 May 2018 г.
Bu gün Sloveniyanın Medvode şəhərində badminton üzrə "FZ Forza Slovenia International 2018" beynəlxalq turnirinə start verilib. Mübarizəyə təsnifat mərhələsindən qoşulan təmsilçilərimiz Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni turnirə qələbə ilə başlayıb. İlk mərhələdə serbiyalı Luka Miliçlə qarşılaşan Ezmi rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Edi Reski Dviçayo isə isveçrəli Manuel Mansanı 2:0 hesabı ilə məğlub edib.
Xəbərlər siyahısına qayıt