Badmintonçularımız Sloveniya turnirində çıxışını başa vurdu

Badmintonçularımız Sloveniya turnirində çıxışını başa vurdu
11 May 2018 г.
Badmitonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Sloveniyanın Medvode şəhərində keçirilən "FZ Forza Slovenia International 2018" turnirində çıxışını başa vurub. Kişilərin şəxsi mübarizəsində turnirin əsas mərhələsinə vəsiqə qazanan Dviçayo 1/16 finalda ukraynalı Dmitro Zavadskiyə 0:2 (19-21, 14-21) hesabı ilə məğlub olub. Qoşa yarışda təmsilçilərimizin rəqibi ingiltərəli badmintonçular olub. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni cütü Devid Cons - Conni Toryussen tandeminə 1:2 (17-21,21-15,13-21) hesabı ilə uduzub.
Xəbərlər siyahısına qayıt