Badmintonçularımız reytinq siyahısında irəlilədi

Badmintonçularımız reytinq siyahısında irəlilədi
6 Aprel 2018 г.
Beynəlxalq Badminton Federasiyası yeni reytinq siyahısını açıqlayıb. Xorvatiyada keçirilən "VICTOR Croatian International 2018" turnirinin 1/8 finalında məğlub olan Edi Reski Dviçayo 523-cü pillədən 441-ci yerə yüksəlib. Analoji turnirin 1/8 finalında uduzan Ezmi Qovimuramadhoni də reytinqdə irəliləyənlər sırasındadır. Badmintonçumuz 148 pillə irəliləyərək 594-cü yerdə qərarlaşıb. Apreldə İspaniyanın Huelva şəhərində keçiriləcək kişilərin şəxsi Avropa çempionatında iştirak edəcək Orxan Qələndərov isə hazırda reytinqdə 345-ci sıradadır. Kənan Rzayev 672, Cahid Əlhəsənov 880, Səbuhi Hüseynov 664, Murad Bayramov isə reytinqdə 1246-cıdır.
Xəbərlər siyahısına qayıt