Badmintonçularımız qrupda son oyununa çıxıb

Badmintonçularımız qrupda son oyununa çıxıb
15 Fevral 2018 г.
Rusiyanın Kazan şəhərində keçirilən badminton üzrə Avropa çempionatında iştirak edən kişilərdən ibarət milli komandamız qrup mərhələsində son görüşünə çıxıb. Komandamızın bu dəfəki rəqibi qrup lideri Almaniya millisi olub. Şəxsi görüşlərdə Səbuhi Hüseynov, Cahid Əlhəsənov, və Ezmi Qovimuramadhoni almaniyalı rəqiblərinə 0:2 hesabı ilə uduzub. Eyni hesab qoşa yarışlarda da qeydə alınıb. Səbuhi Hüseynov və Cahid Əlhəsənov almaniyalı badmintonçulara 0:2 hesabı ilə məğlub olub. Kənan Qələndərov və Ezmi Qovimuramadhonin yer aldığı axırıncı qoşa yarışında da üstün olan tərəf rəqib olub. Yekunda görüş Almaniya millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Xəbərlər siyahısına qayıt