Badmintonçularımız "Lagos International 2018" turnirində bürünc medal qazanıb

Badmintonçularımız "Lagos International 2018" turnirində bürünc medal qazanıb
22 İyul 2018 г.
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Nigeriyanın Laqos şəhərində keçirilən "Lagos International 2018" turnirində bürünc medal qazanıb. Təmsilçilərimiz bu uğura qoşa yarışlarda nail olub. Mübarizəyə 1/16 finaldan başlayan Edi - Ezmi cütü ilk mərhələdə nigeriyalı Yinkan İfraimu Bulus - İsaak Minaphi tandeminə 2:0 (21-8, 21-10) hesabı ilə qalib gəlib. Badmintonçularımız 1/8 finalda hindistanlı Vasanta Kumar - Asiz Surya cütünü də 2:0 (21-19, 22-20) hesabı ilə məğlub edib. 1/4 finalda badmintonçularımızın rəqibi malayziyalı Məhəmməd Hakim Lukman və Maldiv adalarını təmsil edən Hüseyn Zayandan ibarət tandem olub. Bu görüşdə də rəqiblərinə set verməyən Edi və Ezmi 2:0 (21-16, 21-12) hesabı ilə qələbə qazanıb. Badmintonçularımız 1/2 finalda Hindistan idmançıları Vaibhaav və Ray Prakaş cütü ilə qarşılaşıb. Təmsilçilərimiz bu görüşdə 0:2 (12-21, 20-22) hesabı ilə uduzsa da, yarımfinala vəsiqəni təmin etdiyindən çellenc seriyalı turnirin bürünc medallarına sahib çıxıblar. Badmintonçularımızın şəxsi yarışlardakı göstəricilərinə gəldikdə isə Ezmi ilk mərhələdə nigeriyalı Folorunşo İlensami Opeyoriyə 2:0 (21-8, 21-10) hesabı ilə qalib gəlib. Təmsilçimiz ikinci görüşündə turnirin finalçısı Mohmed Misbuna 0:2 (12-21,13-21) hesabı ilə uduzub. Yarışa əsas mərhədən qatılan Edi Reski Dviçayo isə turnirə qələbə ilə başlayıb. Edi nigeriyalı Usman Ayo İsiaqı 2:0 (21-16, 21-13) hesabı ilə məğlub edib. Edi 1/8 finalda turnirin qalibi israilli badmintonçu Mişa Zilbermana uduzub. Görüş Zilbermanın 2:0 (21-17, 24-22) hesablı qələbəsi ilə başa çatıb.
Xəbərlər siyahısına qayıt