Badmintonçularımız "Iran Fajr International Challenge 2019" turnirində çıxış edib

Badmintonçularımız "Iran Fajr International Challenge 2019" turnirində çıxış edib
7 Fevral 2019 г.
Badmintonçularımız İranın Kərəc şəhərində keçirilən “Iran Fajr International Challenge 2019” turnirində çıxış edib. “International Challange” seriyalı turnirdə geniş heyətlə çıxış edən badmintonçularımız kişilərin yarışında 10, qadınların mübarizəsində 4 badmintonçu ilə təmsil olunub. Komandamızın heyətində təcrübəli badmintonçular yer alsalar da, bəziləri ilk dəfə güclülərin qatıldığı “International Challenge” seriyalı turnirdə debüt edib. Badmintonçularımızdan Edi Reski Dviçayo kişilərin şəxsi yarışında mübarizəyə əsas mərhələdən start verib. Dviçayo ilk görüşündə iranlı Mehran Şahbazi, ardınca onun həmyerlisi Mehdi Ansari üzərində 2:0 hesablı qələbə qazanıb. Edi 1/8 finalda Malaziya təmsilçisi Tek Zi Sooya uduzub (0:2). Mübarizəyə əsas mərhələdən başlayan Ezmi Qovimuramadhoni isə ilk görüşündə portuqaliyalı Bernardo Atilanoya 0:2 hesabı ilə məğlub olub. Bu kateqoriya üzrə təsnifat mərhələsində mübarizəyə başlayan badmintonçularımızın rəqibləri isə İran idmançıları olub. Cahid Əlhəsənov Şayan Rezarobobi (0:2), Vaqif İsmayılov Məhəmməd Pairavand (0:2), Aqil Qəbilov Mətin Moğimi (0:2), Rəvan Niftəliyev Əli Hüseynxani (0:2), Səbuhi Hüseynov isə Əlirza Qasemiyə (0:2) uduzub. Kişi badmintonçuların qoşa yarışında idmançılarımızdan Edi Reski Dviçayo – Ezmi Qovimuramadhoni tandemi turnirin 1/4 finalına kimi irəliləyib. Badmintonçularımız ən güclü səkkizliyə yüksəlmək üçün iranlı Arşia Amalkonande – İman Memarpur (2:0) ardıınca Tailand badmintonçuları Mek Naronqrit – Şiraphat Pakyarunq qoşasına 2:1 hesabı ilə qalib gəlib. Edi – Ezmi 1/4 finalda indoneziyalı Riyanto Pramudya – Yakob Yeremiyaya 0:2 hesabı ilə uduzub. Badmintonçularımızdan Seyid Mircəfərov – Rəvan Rüstəmov 1/16 finalda Türkiyə idmançıları Sərdan Koca – Sərhat Səlim (0:2), Aqil Qəbilov – Rəvan Niftəliyev isə Çex Respublikası idmançıları Yaromir Yanaçek – Tomaş Svejda qoşasına (0:2) uduzub. İlk görüşünü rəqibinin korta çıxmaması səbəbindən texniki qələbə ilə başa vuran Cahid Əlhəsənov – Səbuhi Hüseynov qoşası 1/8 finalda Əlirza Kərəmi – Nima Rostampourlagaldani (İran) tandeminə uduzub (0:2). Qadınların qoşa kateqoriyasında Nigar Əliyeva – Nərmin Şərifova Nazənin Bəşiri – Nastaran Kərəmi (İran) qoşasına 0:2 hesabı ilə uduzub. Xavər Bayramova – Adilə Mehdiyeva tandemi isə Sayeh Xəlil Rəhman – Parnia Nabavi (İran) cütünə 0:2 hesabı ilə uduzub.
Xəbərlər siyahısına qayıt