Badmintonçularımız "International Challenge" seriyalı turnirin 1/8 finalında!

Badmintonçularımız "International Challenge" seriyalı turnirin 1/8 finalında!
30 Avqust 2018 г.
Ukraynanın Xarkov şəhərində keçirilən badminton üzrə "RSL Kharkiv International 2018" turnirində ikinci oyun gününə yekun vurulub. Kişilərin şəxsi yarışında əsas mərhələnin 1/32 finalında polşalı rəqiblərinə qalib gələn Ezmi Qovimuramadhoni və Edi Reski Dviçayo uğurlu çıxışın davamını 1/16 final mərhələsində də gətiriblər. Bu mərhələdə Finladiya təmsilçisi Eetu Heyno ilə qarşılaşan Ezmi ilk setdə rəqibi üzərində 21-18 hesablı qələbə qazanıb. Görüşün ikinci setində finlandiyalı badmintonçunun səhhətində problem yarandığından set yarıda dayandırılıb. "International Challenge" kateqoriyalı yarışın ən güclü 16 badmintonçusu sırasına yüksələn Ezmi 1/8 finalda moldovalı Kristian Savinlə üz-üzə gələcək. Edi Reski Dviçayo isə ukraynalı Danilo Baskyuk üzərində 2:1 (21-19,11-21,21-19) qələbəyə sevinib. Dviçayonun 1/8 finalda rəqibi Bolqarıstan badmintonçusu Daniel Nikolov olacaq.
Xəbərlər siyahısına qayıt