Badmintonçularımız "International Challenge" seriyalı turnirin 1/16 final mərhələsində!

Badmintonçularımız "International Challenge" seriyalı turnirin 1/16 final mərhələsində!
30 Avqust 2018 г.
Ukraynanın Xarkov şəhərində keçirilən badminton üzrə "RSL Kharkiv International 2018" turniri davam edir. Turnirin ikinci günündə kişilərin şəxsi yarışında əsas mərhələyə start verilib. 1/32 finalda polşalı Mateuz Svierzinskini 2:0 (21-19,22-20) hesabı ilə məğlub edən Ezmi Qovimuramadhoni növbəti mərhələyə yüksəlib. Yarışa əsas mərhələdən yüksələn Edi Reski Dviçayo da 1/32 final mərhələsini uğurla adlayıb. Badmintonçumuz Polşa təmsilçisi Mixal Roqalski ilə görüşdə çətinlik çəkməyib. 2:0 (21-12, 21-9)
Xəbərlər siyahısına qayıt