Badmintonçularımız "Indonesia Masters" turnirində mübarizəni dayandırıb

Badmintonçularımız "Indonesia Masters" turnirində mübarizəni dayandırıb
3 Oktyabr 2019 г.
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni İndoneziyanın Malanq şəhərində keçirilən "BWF Tour Super 100" seriyalı "YUZU Indonesia Masters 2019" turnirində çıxışını başa vuub.Mübarizəyə əsas mərhələdən başlayan badmintonçularımızdan Edi Reski Dviçayo 1/32 finalda malayziyalı Eveşqaran Vasiqaran üzərində 2:0 (22-20,21-16) hesablı qələbə qazanıb.Edi növbəti mərhələdə indoneziyalı İkhsan Leonardo İmanuel Rumbayla qarşılaşıb.3 set davam edən görüşdə Edi rəqibinə 1:2 (21-17,10-21,12-21) hesabı ilə uduzub.Ezmi Qovimuradhoni isə əsas mərhələdə indoneziyalı Visnu Yuli Prasetyoya 0:2 (9-21,11-21) hesabı ilə uduzub.
Xəbərlər siyahısına qayıt