Badmintonçularımız "Hellas Open 2018" turnirində çıxışını başa vurub

Badmintonçularımız "Hellas Open 2018" turnirində çıxışını başa vurub
20 Oktyabr 2018 г.
Yunanıstanın Xanya şəhərində keçirilən "Hellas Open 2018" turniri davam edir. Turnirin 3-cü yarış günündə badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında növbəti görüşünü keçirib. Dviçayo 1/4 finalda turnirin bir nömrəli reytinq favoriti Polşa badmintonçusu Adrian Dziolko ilə üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 3 set davam edib. Edi ilk seti 27-25 hesabı ilə irəlidə bitirsə də, növbəti 2 setdə polşalı rəqibinə uduzub. (18-21,8-21) Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni tandemi kişilərin şəxsi yarışında da qüvvəsini sınayıb. Təmsilçilərimiz bu kateqoriya üzrə 1/8 finalda danimarkalı Peter Korrel - Andres Fleşerlə qarşılaşıb. Badmintonçularımız 3 set davam edən qarşılaşmada rəqiblərinə 1:2 (17-21,21-17,18-21) hesabı ilə uduzub. Turnirə sabah yekun vurulacaq.
Xəbərlər siyahısına qayıt