Badmintonçularımız "Dubai International Challenge 2018" turnirində çıxış edib

Badmintonçularımız "Dubai International Challenge 2018" turnirində çıxış edib
17 Noyabr 2018 г.
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubai International Challenge 2018" turnirində çıxışını başa vurub. Kişilərin şəxsi yarışında 1/16 finalda Siddharaz Zakurla qarşılaşan Ezmi Qovimuramadhoni rəqibinə 0:2 (14-21,16-21) hesabı ilə uduzub. Edi Reski Dviçayo isə bu mərhələdə Koreya Respublika təmsilçisi Honq Ji Hunla üz-üzə gəlib. Görüş rəqibini 0:2 (14-21,18-21) hesablı qələbəsi ilə başa çatıb. Kişilərin qoşa yarışnda 1/16 final mərhələsində Hindistan badmintonçuları Siddeş Aroskar - Hruitvik Ambekar cütünə 2:0 (21-9, 21-12) hesabı ilə qalib gələn Edi - Ezmi tandemi 1/8 finalda Rusiyanı təmsil edən Vladimir Nikulov - Artyom Serpionov üzərində 2:1 (21-15,18-21,21-17) hesablı qələbə qazanıb. Badmintonçularımız 1/4 finalda Koreya Respublikası idmançıları Hae Sung Ço - Kim Yonq Sun cütünə 0:2 (14-21, 17-21) hesabı ilə uduzub.
Xəbərlər siyahısına qayıt