Badmintonçularımız Çex Respublikasında keçirilən beynəlxalq turnirdə iştirak edib

Badmintonçularımız Çex Respublikasında keçirilən beynəlxalq turnirdə iştirak edib
1 Oktyabr 2018 г.
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Çex Respublikasının Brno şəhərində keçirilən "LI NING Czech Open 2018" turnirində iştirak edib. Mübarizəyə təsnifat mərhələsindən start verən Ezmi Qovimuramadhoni ilk görüşündə almaniyalı badmintonçu Brayan Holtskeyə 0:2 (19-21,15-21) hesabı ilə uduzub.Digər badmintonçumuz Edi Reski Dviçayo isə ilk görüşündə Şri-Lanka təmsilçisi Dinuka Karunaratna üzərində 2:0 (21-15,21-16) hesablı qələbə qazanıb. Dviçayo növbəti mərhələdə serb Luka Miliçlə qarşılaşıb. Gərgin keçən qarşılaşmada Edi rəqibinə 1:2 (15-21,21-18,17-21) hesabı ilə uduzub. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni cütü qoşa yarışlarda Hindistanı təmsil edən Vasanta Kumar - Asiz Surya tandeminə 0:2 (12-21,11-21) hesabı ilə uduzub..
Xəbərlər siyahısına qayıt