Badmintonçularımız beynəlxalq turnirə qələbə ilə başladı

Badmintonçularımız beynəlxalq turnirə qələbə ilə başladı
14 Noyabr 2018 г.
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubai International Challenge 2018" turnirində çıxış edir. "International Challenge" kateqoriyalı yarışa əsas mərhələdən qatılan Edi və Ezmi bu gün kişilərin şəxsi mübarizəsində 1/32 final oyununa çıxıb. Ezmi ilk oyununda bəhreynli Adnan ibrahim üzərində 2:1 (20-22, 21-9, 21-15) hesablı qələbə qazanıb. Edi Reski Dviçayo da ilk görüşünü qələbə ilə bitirib. Badmintonçumuz indoneziyalı Adi Kusuma Atmajanı 2:0 (21-15, 21-16) hesabı ilə məğlub edib. Təmsilçilərimiz turnir çərçivəsində növbəti görüşlərini sabah keçirəcək. Ezmi 1/16 finalda hindistanlı Siddharaz Thakur, Edi isə Koreya Respublikası badmintonçusu Honq Ji Hunla qarşılaşacaq.
Xəbərlər siyahısına qayıt