Badmintonçularımız beynəlxalq turnirə hazırlıqlarını davam etdirir

Badmintonçularımız beynəlxalq turnirə hazırlıqlarını davam etdirir
1 Oktyabr 2019 г.
Badmintonçularımız Səbuhi Hüseynov və Cahid Əlhəsənov 3-6 oktyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində keçiriləcək "Bulgarian International Championship 2019” turnirinə hazırlıqlarını davam etdirir.Bu gün Badminton Mərkəzində milli komanda üzvlərinin mətbuat nümayəndələri üçün açıq məşqi keçirilib.Kişilərin şəxsi və qoşa yarışında mübarizəyə təsnifat mərhələsindən başlayacaq badmintonçularımızın rəqibləri də məlumdur.Kişilərin şəxsi yarışında Səbuhi Hüseynov ilk görüşünü Yunanıstan badmintonçusu Axilleas Tsartsidisə qarşı keçirəcək.Cahid Əlhəsənov isə təsnifat mərhələsi çərçivəsində ilk oyununda ingiltərəli Loyd Skinnerlə qarşılaşacaq.Kişi badmintonçuların qoşa yarışında mübarizə 1/8 finaldan başlayacaq Səbuhi Hüseynov-Cahid Əlhəsənov cütünün rəqibi çexiyalı Jiri Bureş-Ondrej Helarla Anton Monnberq-Paul Yesper (Finlandiya) görüşünün qalibi olacaq. Badmintonçularımız kişilərin şəxsi yarışında ilk oyunlarını oktyabrın 3-ü,qoşa yarışda isə oktyabrın 4-ü keçirəcək.
Xəbərlər siyahısına qayıt