Badmintonçularımız "Azerbaijan International" turnirində 1/8 finala yüksəlib

Badmintonçularımız "Azerbaijan International" turnirində 1/8 finala yüksəlib
7 İyun 2019 г.
“Azerbaijan International 2019” turnirində ikinci yarış gününə yekun vurulub. 5 kateqoriya üzrə keçirilən yarışın ikinci günündə 09:00-12:00-a kimi təsnifat, ardınca əsas mərhələnin görüşləri keçirilib. 39 ölkədən 248 badmintonçunun yarışdığı turnirdə bu gün 1/32 və 1/16 final mərhələsinin görüşləri başa çatıb. Badmintonçularımızdan kişilərin qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni cütü İran təmsilçiləri Əmir Cabbari-Mehran Şahbazi tandeminə 2:0 (21-19,24-22) hesabı ilə qalib gəlib. Kişilərin qoşa yarışında Azərbaycan derbisi baş tutub.Cahid Əlhəsənov-Səbuhi Hüseynov cütü Zaur İsazadə-Seyid Mircəfərov qoşasına 2:0 (21-11,21-12) hesabı ilə qalib gəlib.Aqil Qəbilov-Rəvan Niftəliyev qoşası sinqapurlu Kai Terri-Kin Hin cütünə 0:2 (8-21,2-21) hesabı ilə uduzub.Kərim Musayev-Tural Rəsulov cütü fransalı Kristo Popov-Toma Junior Popov tandeminə 0:2 (7-21,9-21) Cavanşir Kişiyev-Rəvan Rüstəmov cütü isə türkiyəli Mehmet Capar-Emre Sönmez tandeminə 0:2 (4-21,4-21) hesabı ilə uduzub.Qarışıq-qoşa yarışlarında mübarizə aparan Orxan Qələndərov-Adilə Mehtiyeva cütü türkiyəli Mert Tunco-Yasemen Bektaş tandeminə 0:2 (9-21,7-21) hesabı ilə uduzub. Səbuhi Hüseynov-Elnurə Cəfərova isə hindistanlı Saurab Şarma-Anouşka Parix qoşasına 0:2 (11-21,7-21) hesabı ilə məğlub olub. Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo fransalı Lukas Korve ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşma 3 set davam edib.Korve badmintonçumuzu 2:1 (19-21,21-13,21-7) hesabı ilə məğlub edib. Turnirin bütövlükdə gedişatını isə Avropa Badminton Konfederasiyasının rəsmi youtube kanalı vasitəsilə canlı izləmək mümkündür (https://www.youtube.com/watch?v=GhCCuXvO5XA). Nəticələri isə onlayn olaraq Dünya Badminton Federasiyasının rəsmi saytında izləmək olar (https://bwf.tournamentsoftware.com/sport/matches.aspx?id=7EC3BC45-5553-469B-B74A-00E3ADC3391D).
Xəbərlər siyahısına qayıt