Badminton üzrə Azərbaycan çempionatı keçiriləcək

Badminton üzrə Azərbaycan çempionatı keçiriləcək
4 Noyabr 2018 г.
Noyabrın 8-də badminton üzrə Azərbyacan çempionatına start veriləcək. Azərbaycan Texniki Universitetinin İdman Sarayının əsas zalında keçiriləcək çempionatda qaliblər 5 kateqoriya üzrə müəyyənləşəcək. Azərbaycan Badminton Federasiyası ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış 4 gün davam edəcək. Noyabrın 11-də kişi və qadınların şəxsi və qoşa yarışlarında,eyni zamanda qarışıq cütlərdə final qarşılaşmaları keçiriləcək. Kateqoriyalar üzrə ilk 3 yeri tutmuş badmintonçular Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar. Turnirin keçirilməsində məqsəd badmintonun Respublikanın şəhər və rayonlarında inkişafına nail olmaq, perspektivli idmançıları aşkar etmək,milli komandanın tərkibini müəyyənləşdirməkdir. Yarışlar hər gün saat 15:00-dan etibarən başlayacaq. Tamaşaçılar üçün giriş sərbəstdir.
Xəbərlər siyahısına qayıt