AzTu və BDU qələbə qazandı

AzTu və BDU qələbə qazandı
21 Dekabr 2017 г.
Bu gün badminton üzrə ali təhsil müəssisələri arasında keçirilən birincilik çərçivəsində növbəti görüşlər baş tutub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında adıçəkilən ali təhsil müəssisəsinin komandası Bakı Dövlət Universitetinin komandası ilə qarşılaşıb.Görüş BDU-nun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bu BDU-nun turnirdə ilk qələbəsidir. ADNSU isə ardıcıl ikinci dəfə meydanı məğlub tərk edib. İlk turda ADNSU-ya qalib gələn Azərbaycan Texniki Universiteti isə yarışda ardıcıl ikinci qələbəsini qazanıb. AzTU Azərbaycan Dillər Universiteti ilə görüşdə 5:0 hesablı qələbəyə sevinib.
Xəbərlər siyahısına qayıt