AzTU ADNSU-ya böyük hesabla qalib gəldi

AzTU ADNSU-ya böyük hesabla qalib gəldi
17 Dekabr 2017 г.
Bu gün 2017/2018 mövsümü üzrə ali təhsil müəssisələri arasında keçirilən çempionatın ilk turunun daha bir oyunu keçirilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayında AzTU ADNSU ilə qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman nazirliyinin dəstəyi ilə keçirilən yarışa 2018-ci ilin aprelində yekun vurulacaq. Ümumi mükafat fondu 6000 manat olan yarışın qalibi, 29 may – 3 iyun tarixlərində Polşada keçiriləcək "2018 European Club Champions" turnirində Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Xəbərlər siyahısına qayıt