Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının oyunlarını idarə edəcək

Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının oyunlarını idarə edəcək
8 Avqust 2018 г.
Azərbaycan Badminton Federasiyasının hakimi Gülcənnət Hüseynli 24-30 sentyabr tarixlərində İspaniyanın Quadalaxara şəhərində keçiriləcək veteran badmintonçuların Avropa çempionatına təyinat alıb. Avropa Badminton Konfederasiyasının rəsmi saytında turnirdə iştirak edəcək hakimlərin siyahısı açıqlanıb. Təmsilçimizlə yanaşı 37 hakim veteranların Avropa çempionatında oyunları idarə edəcək.
Xəbərlər siyahısına qayıt