Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Azərbaycan çempionatının qalibləri müəyyənləşib
23 Noyabr 2019 г.
Bu gün badminton üzrə növbəti Azərbaycan çempionatına yekun vurulub.1 saylı idman liseyinin badminton zalında 5 kateqoriya üzrə qaliblərin adlarına aydınlıq gəlib.Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo birinci olub. Ezmi Qovimuramadhoni və Orxan Qələndərov isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüb.Qadın badmintonçuların şəxsi yarışında ən güclü adını Nigar Əliyeva qazanıb.Fidan Salmanova ikinci,Zülfiyyə Hüseynova isə üçüncü yeri tutub. Kişilərin qoşa yarışında Ezmi Qovimuramadhoni-Cahid Əlhəsənov tandemi bu kateqoriya üzrə qalib olub. Kənan Rzayev-Səbuhi Hüseynov qoşası ikinci,Rəvan Niftəliyev-Aqil Qəbilov ikilisi isə üçüncü yeri bölüşüb.Qadınların qoşa yarışında Azərbaycan çempionu adına Nigar Əliyeva-Nərmin Şərifova layiq görülüb. Mədinə Nağıyeva-Fatimə Əşrəfova gümüş,Adilə Mehdiyeva-Alla Vlasyuk isə bürünc medal qazanıb.Qarışıq-qoşa yarışlarındaSəbuhi Hüseynov-Zülfiyyə Hüseynova qələbəni bayram edib. Rəvan Nifətliyev-Nigar Əliyeva bu kateqoriya üzrə ikinci, Cahid Əlhəsənov-Anna Jeleznyak isə üçüncü yeri tutub.Noyabrın 20-də startı verilən Azərbaycan çempionatında 38 qadın və 58 kişi badmintonçu yarışıb. Bakı ilə yanaşı,Quba,Qusar,Gəncə və Lənkərandan rekord sayda 30 badmintonçu ölkə çempionatınıın iştirakçısı olub. Turnirin qalibləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Bamdinton Federasiyası tərəfində diplom,medal və pul mükafatları ilə təltif ediliblər.
Xəbərlər siyahısına qayıt