Azərbaycan çempionatına start verildi

Azərbaycan çempionatına start verildi
20 Noyabr 2019 г.
Bu gün Badminton üzrə Azərbaycan çempionatına start verilib. 4 gün davam edəcək yarışda 5 kateqoriya üzrə 38 qadın və 58 kişi badmintonçu medallar uğrunda mübarizə aparır.1 saylı idman liseyinin badminton zalında keçirilən yarışın açılış mərasimi idmançıların paradı ilə başlayıb. Dövlət himninin səslənməsindən sonra açılış mərasimində çıxış edən turnirin baş hakimi Ceyhun Məmmədəliyev, 1 saylı idman liseyinin direktoru Əli Əliyev və Azərbaycan Badminton federasiyasının baş katibi Nəsimi Musayev yarış iştirakçılarına uğurlar arzulayıb.Bakı ilə yanaşı,Gəncə,Quba,Qusar və Lənkərandan olan badmintonçular 5 kateqoriya üzrə qalib və mükafatçıları müəyyənləşdirəcəklər. İlk dəfə turnirdə bölgələrdən rekord sayda 30 idmançı Azərbaycan çempionatında iştirak edir.Olimpiya sistemi üzrə 3 mərhələdə keçirilən turnirin təşkilində əsas məqsəd şəhər və rayonlarda badminton idman növündə kütləviliyə nail olmaq, perspektivli badmintonçuları aşkar etmək, beynəlxalq yarışlar üçün milli komandanın heyətini müəyyənləşdirməkdir. Turnirin mükafatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar. Oyunların idarə olunması Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən təsdiq olunmuş hakimlər kollegiyasına həvalə olunub.Azərbaycan çempionatına noyabrın 23-də yekun vurulacaq.
Xəbərlər siyahısına qayıt