Azərbaycan çempionatına qeydiyyat başlandı

Azərbaycan çempionatına qeydiyyat başlandı
1 Noyabr 2019 г.
20-23 noyabr tarixlərində 1 saylı idman litseyi nəzdnində yerləşən badminton zalında Azərbaycan çempionatı keçiriləcək.Yarışda iştirak etmək üçün sifarişlər 15 noyabr saat 18:00-dək Azərbaycan Badminton Federasiyasına təqdim edilməlidir.Qeyd olunan tarixi keçən sifarişlər qəbul edilməyəcək.Təqdim edilmiş sifarişlərdə yarış başlanan vaxt dəyişikliklər etməyə icazə verilmir.Püşkatmanın nəticələri 18 noyabr tarixində açıqlanacaq.5 kateqoriya üzrə keçiriləcək turnirdə 1 oyunçu 3 kateqoriyada iştirak edə bilər. Azərbaycan çempionatı olimpiya sistemi üzrə 1-4 yerləri təyin etməklə keçirilir. Yarışlar 3 mərhələ üzrə oynanılacaq.Turnirdə bütün kateqoriyalar üzrə 1-3 yerləri tutmuş idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar. Oyunların idarə olunması Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən təsdiq olunmuş hakimlər kollegiyasına həvalə olunacaq.Azərbaycan çempionatının keçirilməsində məqsəd şəhər və rayonlarda badmintonun yayılmasına və inkişafına nail olmaq,perspektivli badmintonçuları aşkar etmək,beynəlxalq yarışlar üçün milli komandanın heyətini müəyyənləşdirməkdir.
Xəbərlər siyahısına qayıt