"Azerbaijan International" turnirində 1/4 finalçılar müəyyənləşib

"Azerbaijan International" turnirində 1/4 finalçılar müəyyənləşib
8 İyun 2019 г.
Bu gün “Azerbaijan International 2019” turnirində 3-cü yarış gününə yekun vurulub. 5 kateqoriya üzrə keçirilən turnirdə bu gün,1/8 və 1/4 final mərhələsinin oyunları keçirilib. Badmintonçularımızdan kişilərin qoşa yarışında mübarizə aparan Ezmi Qovimuramadhoni və Edi Reski Dviçayo cütü 1/8 finalda Almaniya təmsilçiləri Mark Lamsfuss-Marvin Seidel tandemi ilə qarşılaşıb. Badmintonçularımız bu kateqoriya üzrə turnirin 2 nömrəli favoritlərinə 0:2 (8-21,6-21) hesabı ilə uduzub. Cahid Əlhəsənov-Səbuhi Hüseynov qoşası isə bu mərhələdə Bolqarıstan badmintonçuları Aleks Vlaar-Dimitar Yanakiev cütü ilə üz-üzə gəlib.Badmintonçularımız rəqibinə 0:2 (10-21,8-21) hesabı ilə məğlub olub.Qadınların qoşa yarışında Xavər Bayramova-Elnurə Cəfərova cütü hindistanlı Manişa-Rutaparna Panda qoşasına 0:2 (6-21,9-21) hesabı ilə uduzub. “Azerbaijan International 2019” turnirinə sabah oynanılacaq yarımfinal və final görüşləri ilə yekun vurulacaq. Turnirin həlledici oyunları saat 16:00-dan İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. Bakı İdman Sarayında keçirilən yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. “Azerbaijan International 2019” turnirində 39 ölkədən 248 idmançı yarışır.
Xəbərlər siyahısına qayıt