"Azerbaijan International 2019" turnirində yarımfinal və final görüşləri keçirilir

"Azerbaijan International 2019" turnirində yarımfinal və final görüşləri keçirilir
9 İyun 2019 г.
Bu gün "Azerbaijan International 2019" turnirinə yekun vurulacaq.Yarışın sonuncu 4-cü günündə yarımfinal və final qarşılaşmaları keçiriləcək.Turnirin bu günə nəzərdə tutulan proqramı ilə qeyd olunan linkdə (https://bwf.tournamentsoftware.com/sport/matches.aspx?id=7EC3BC45-5553-469B-B74A-00E3ADC3391D&d=20190609) tanış ola bilərsiz.Turnirin final oyunları saat 16:00-dan İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.5 kateqoriya üzrə keçirilən "Azerbaijan International 2019" turnirinin ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. TOKİO 2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran yarışda 39 ölkədən 248 badmintonçu yarışır.
Xəbərlər siyahısına qayıt