Avropa çempionatında iştirak edəcək badmintonçuların adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək badmintonçuların adları açıqlanıb
31 Yanvar 2020 г.
11-16 fevral tarixlərində Fransanın Lievin şəhərində keçiriləcək komandalararası Avropa çempionatında iştirak edəcək kişilərdən ibarət millimizin heyəti açıqlanıb. Baş məşqçi Morteza Validarvinin qərarına əsasən, Avropa çempionatında ölkəmizi Orxan Qələndərov,Səbuhi Hüseynov,Edi Reski Dviçayo,Ezmi Qovimuramadhoni,Cahid Əlhəsənov və Aqil Qəbilov təmsil edəcək. Komandamızın üzvləri turnirə hazırlığın son mərhələsində Ukrayna və Danimarkada təlim-məşq toplanışı keçəcək.5-ci qrupda yer millimizin rəqibləri Almaniya, Çex Respublikası və İslandiya yığmalarıdır. Komandamız qrupda ilk oyununu fevralın 11-də İslandiya millisinə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Kişi badmintonçulardan ibarət kollektiv ikinci turda Almaniya, qrup mərhələsinin son oyununda isə Çex Respublikası ilə qarşılaşacaq. Komandaların sayından asılı olmayaraq pley-offa ilk yerin sahibləri yüksələcək. Oyunların formatı 3 şəxsi və 2 qoşa görüşdən ibarət olacaq. Qarşılaşmalar “Arena Stad Kuver”də oynanılacaq.
Xəbərlər siyahısına qayıt