Avropa Badminton Konfederasiyası Azərbaycan Badminton Federasiyasını təbrik etdi

Avropa Badminton Konfederasiyası Azərbaycan Badminton Federasiyasını təbrik etdi
29 Dekabr 2017 г.
Avropa Badminton Konfederasiyasının baş katibi Brayan Agerbak Yeni İl münasibətilə Azərbaycan Badminton Federasiyasına məktub ünvanlayıb. Sizi məktubun məzmunu ilə tanış edirik: Əziz Badminton Avropanın assosiasiya üzvü, 2017-ci il Badminton Avropa üçün maraqlı il oldu. Avropada bir çox geniş miqyaslı badminton yarışları keçirildi. Ən yaxşı badmintonçularımız gözəl nəticələrə imza atdılar. Məni xüsusilə yeni layihəmiz sayılan və sentyabrın 1-i açılışı olan Mükəmməllik Mərkəzinin fəaliyyətə başlaması məmnun edir. Badmintonda kütləviliyə nail olmaq üçün atdığınız addımlara görə sizə təşəkkür edirik. 2017-ci ildə ölkənizdə qeydiyyata alınmış badmintonçuların sayının artması məni xüsusilə sevindirir. Biz bir neçə il əvvəl strateji planımıza uyğun olaraq, Avropa üzrə qeydiyyata alınmış badmintonçuların sayının 1 milyona çatdırılmasını qarşımıza hədəf qoymuşduq. Bildiyiniz kimi, biz Badminton Avropa olaraq, bu yolda vasitəçini rolunu oynayırıq. Bu planın həyata keçirilməsində əsas yük sizlərin –federasiyaların üzərindədir. Statistikaya baxsaq, görərik ki, 2017-ci ildə Avropa üzrə rəsmi qeydiyyata alınmış badmintoçuların sayı 862.131 nəfərə yüksəlib. Bu isə ötən illə müqayisədə 3,28 faiz artım deməkdir. Biz bu tempdə davam edəcəyimiz təqdirdə, 2020-ci ildə qeydiyyata alınmış badmintonçuların sayını 950 000 nəfərə yüksəldə bilərik. Lakin qarşıda hələ görüləsi çox iş var. Ümid edirik ki, siz bu sahədə səmərəli fəaliyyətinizi uğurla davam etdirəcəksiz. İnanırıq ki, gələcək əməkdaşlığımız bu sahədə müsbət dəyişikliklərə səbəb olacaq və biz bununla fəxr edəcəyik. 2018-ci ilə az vaxt qalır. Gəlin bir məqsəd uğrunda mübarizə aparaq və daha çox insanın əlinə raketka alıb badminton ailəmizin üzvü olmasına yardımçı olaq. Yeni İlə ən xoş arzularla, Avropa Badminton Federasiyasının baş katibi Brayan Agerbak
Xəbərlər siyahısına qayıt