ATU AzTU-ya çətinliklə qalib gəldi

ATU AzTU-ya çətinliklə qalib gəldi
24 Fevral 2018 г.
Bu gün ali təhsil müəssisələri arasında keçirilən badminton turniri çərçivəsində 5-ci turun oyunları baş tutub. Azərbaycan Tibb Universiteti ilə Azərbaycan Texniki Universitetinin komandaları arasında oynanılan qarşılaşma maraqlı idman mübarizəsi şəraitində keçib. Görüş ATU-nun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Daha iki qarşılaşmada isə eyni hesab qeydə alınıb. Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin komandaları arasında keçirilən oyunda meydan sahibləri 5:0 hesablı qələbə qazanıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Univeristetinin komandaları arasında baş tutan görüşdə də üstün olan tərəf ev sahibi olub. Oyun ADİU-nun 5:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Turnirin növbəti oyunları fevralın 28-də keçiriləcək.
Xəbərlər siyahısına qayıt