Ali təhsil müəssisələri arasında çempionata start verildi

Ali təhsil müəssisələri arasında çempionata start verildi
15 Dekabr 2017 г.
Bu gün 2017/2018 mövsümü üzrə ali təhsil müəssisələri arasında çempionata start verilib. İlk turun açılış oyunu Azərbaycan Tibb Universitetinin idman zalında keçirilib. Ev sahibi ATU-nun rəqibi Azərbaycan Dövlət İqtisad Universiteti olub. Qarşılaşma ADİU-nun 4:1 hesablı qələbəsi ilə başa çatıb. ATU yalnız qızların fərdi mübarizəsində üstün olub. Oğlanların fərdi mübarizəsində,oğlan və qız, eyni zamanda qarışıq cütlərdə isə ADİU qələbəyə sevinib. Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman nazirliyinin dəstəyi ilə keçirilən yarışa 2018-ci ilin aprelində yekun vurulacaq. Ümumi mükafat fondu 6000 manat olan yarışın qalibi, 29 may – 3 iyun tarixlərində Polşada keçiriləcək "2018 European Club Champions" turnirində Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Xəbərlər siyahısına qayıt