ADBTİA və ADİU komandalarının görüşündə qalib son setdə müəyyənləşdi

ADBTİA və ADİU komandalarının görüşündə qalib son setdə müəyyənləşdi
21 Fevral 2018 г.
Badminton üzrə ali təhsil müəssisələri arasında keçirilən birincilik çərçivəsində daha iki qarşılaşma baş tutub. Hər iki oyun Azərbaycan Texniki Universitetinin İdman Sarayında oynanılıb. Turun mərkəzi görüşü Azərbaycan Dövlət İqtisad Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda qalib sonuncu setdə müəyyənləşib. Kişilərin şəxsi mübarizəsində ADİU, qadınlarda isə ADBTİA seti aktivinə yazan tərəf olub. Kişilərin qoşa yarışında ADBTİA, qadınlarda isə ADİU üstün olub. Beləliklə, qalibin adına qarışıq cütlərdə aydınlıq gəlib. Burada isə ADBTİA rəqibindən güclü olub. Oyun ADBTİA-nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universiteti arasında keçirilən görüş də kifayət qədər maraqlı alınıb. Bu görüşdə də eyni hesab qeydə alınıb. BSU AzTU üzərində 3:2 hesablı qələbə qazanıb.
Xəbərlər siyahısına qayıt