ADBTİA və ADİU-dan inamlı qələbə

ADBTİA və ADİU-dan inamlı qələbə
20 Fevral 2018 г.
Badminton üzrə ali təhsil müəssisələri arasında keçirilən turnir davam edir. Bu gün birincilik çərçivəsində daha iki görüş baş tutub. Hər iki qarşılaşma Azərbaycan Texniki Universitetinin İdman Sarayında oynanılıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Tibb Universiteti ilə qarşılaşıb. Görüş ADBTİA-nın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları üz-üzə gəlib. Bu görüşdə də eyni hesab qeydə alınıb. ADİU BSU üzərində 4:1 hesablı qələbə qazanıb.
Xəbərlər siyahısına qayıt