ADBTİA ali təhsil müəssisələri arasında keçirilən çempionatın qalibi oldu

ADBTİA ali təhsil müəssisələri arasında keçirilən çempionatın qalibi oldu
13 Aprel 2018 г.
Bu gün ötən ilin dekabrında startı verilən Ali təhsil müəssisələrinin komandaları arasında badminton üzrə Azərbaycan çempionatına yekun vurulub. Turnirin mükafatlandırma mərasimi Azərbaycan Texniki Universitetinin idman zalında baş tutub. Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən yarışın qalibi turniri məğlubiyyətsiz başa vuran Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası olub. Qalib komandaya kuboku ABF-nin vitse-prezidenti Emin Zeynalov təqdim edib. Azərbaycan Dövlət İqtisad Universiteti 2-ci, Bakı Dövlət Universiteti 3-cü olub. Turnirin qalibi 3000, ikinci yerin sahibi 2000, 3-cü pillədə qərarlaşan komanda isə 1000 AZN qazanıb. Mükafatçılar Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.
Xəbərlər siyahısına qayıt