ADBTİA, ADİU, ATU və BDU-dan asan qələbə

ADBTİA, ADİU, ATU və BDU-dan asan qələbə
22 Fevral 2018 г.
Bu gün ali təhsil müəssisələri arasında keçirilən turnir çərçivəsində daha 4 qarşılaşma baş tutub. Azərbaycan Texniki Universiteti Bakı Dövlət Universiteti ilə qarşılaşıb. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən görüşdə BDU 4:1 hesablı qələbə qazanıb. Daha bir qarşılaşma Azərbaycan Dillər Universiteti və Azərbaycan Tibb Universitetinin komandaları arasında oynanılıb. ATU-nun tam üstünlüyü şəraitində keçən oyun qonaq komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Eyni hesab Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin komandalarının görüşündə də qeydə alınıb. Burada qələbəni bayram edən tərəf ADİU olub. Günün son oyununda Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları qarşılaşıb. Oyun ADBTİA-nın BSU üzərində 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xəbərlər siyahısına qayıt