ABF rəsmiləri və ali təhsil müəssisələrinin nümayəndələri arasında görüş keçirilib

ABF rəsmiləri və ali təhsil müəssisələrinin nümayəndələri arasında görüş keçirilib
14 Dekabr 2017 г.
Azərbaycan Texniki Universitetinin iclas zalında Azərbaycan Badminton Federasiyasının rəsmiləri ilə ali təhsil müəssisələrinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə dekabrın 15-i ali təhsil müəssisələri arasında startı veriləcək turnirə komandaların hazırlığı, yarışla bağlı təşkilati məsələlər müzakirə olunub. İclasın sonunda federasiya tərəfindən ali təhsil müəssisələrinin nümayəndələrinə badminton ləvazimatları paylanılıb.
Xəbərlər siyahısına qayıt